21 okt 22:05Sosial

Prezidentin ali diqqətinə cavabımız dövlətə və dövlətçiliyimizə sədaqətimizdir - Rektor

Prezidentin ali diqqətinə cavabımız dövlətə və dövlətçiliyimizə sədaqətimizdir - Rektorİbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

Əziz dostlar, mən dəfələrlə Azərbaycan Dövlət Aqrar Universitetinə dövlət qayğısından statuslar yazmışam. Bu gün kiçik bir şərəfli tarix barədə məlumat vermək istəyirəm. 10 noyabr 2017-ci ildə möhtərəm cənab Prezident Gəncə şəhərinə səfəri çərçivəsində universitetimiz üçün 7 mərtəbəli, 520 nəfər tələbənin yaşaması üçün nəzərdə tutulan 2 saylı tələbə evinin açılışını edirdi. Biz cənab Prezidentə tələbə evini təqdim edərkən daha hansı kömək lazım olunması barədə soruşdu, mən cavab verdim ki, tələbələrimizin sayı bütün fakültələr üzrə artır, lakin aqronomluq fakültəsində çox sıxlıqdır, cənab Prezident dərhal reaksiya verdi və yeni tədris korpusunun layihələndirilməsi üçün tapşırıqlar verildi. 2018-ci ildə tikintinin başlanması üçün 5 mln. manat, 2019-cu ildə isə tikintinin başa çatması və təchizatı üçün 14 mln. 245 min manat vəsait ayrıldı və həmin tikinti bu ilin sonuna uğurla başa çatacaqdır.

Amma bu da son deyil, universitetin nəzdində peşə məktəbi, biotexnologiya mərkəzi tikilir, mühəndislik emalatxanası yenidən qurulur. Bəli, bir ildə bu universitet üçün 26 mln. manat dəyərində işlər aparılır. Bütün bunlar dövlətimizin iqtisadiyyatının gücünün göstəricisi, aqrar universitetə möhtərəm cənab Prezidentin ali diqqətinin nəticəsidir. Bizim isə bu diqqətə cavabımız bazar rəqabətli, innovasiyalı kadr hazırlığı, dövlətə və dövlətçiliyimizə sədaqətimizdir.

Min yaşa, qüdrətli və müstəqil Azərbaycan!
XƏBƏR LENTİ
Dünən, 11:23
12-11-2019, 15:19
SORĞU