21 okt 15:30Sosial

Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı

Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldıAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Natiq Babayev və Namiq Abdullayev Şəhidlər xiyabanında anıldı.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə oktyabrın 20-də Şəhidlər Xiyabanında 811 saylı Laçın dağ-atıcı alayının şəhid olmuş əsgərləri Natiq Babayev və Namiq Abdullayevin anım tədbiri keçirlib.

Tədbirdə şəhidlərin ailə üzvləri, onlarla çiyin-çiyinə savaşmış döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Qəhrəman vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.
Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov çıxış edərək Azərbaycanda şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Laçın rayonunun seçilən rayonlardan olduğunu bildirdi: "Bu gün bu müqəddəs məkanda uyuyan, torpaqlarımız uğrunda canlarını fəda etmiş Natiq və Namiq şərəfli bir həyat yaşadılar. Onlar yaşadıqları qısa ömürləri ilə gəncliyə, gələcəyə nümunə oldular. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hər bir kəs diqqətə, hərmətə layiqdir. Sədri olduğum ictimai birliyin təşkilatçılığı ilə biz tez-tez şəhid ailələrinə baş çəkirik, xüsusi anım günlərini keçiririk. Düşünürəm ki, şəhidlərimizi yad etmək, onların xatirəsini uca tutmaq hər birimizin ən müqəddəs borcudur. Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə dövlətin xüsusi diqqət və qayğısı var. Şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına görə, təşkilatımız adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm və biz, keçmiş döyüşçülər vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an onun əmri ilə silaha sarılmağa hazırıq”.
Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı
Daha sonra tanınmış şairlər İlham Qəhraman və Nazim Əhmədli, 811 saylı hərbi hissənin qərargah rəisi olmuş Rafiq Nağıyev və veteranlar Babək Məmmədov, İsabalı Əsgərov şəhid döyüşçülərimizin həyatından, keçdikləri döyüş yolu ilə bağlı xatirələrindən danışıblar.
Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı
Qeyd edək ki, əslən Laçın rayonunun Pircahan kəndindən olan Namiq Samil oqlu Abdullayev 1962-ci il 27 aprelde Bakının M.Rəsulzadə qəsəbəsində anadan olub. Namiq 1991-ci ilin axırlarından könüllü hərbi birlikdə sonradan isə 811 saylı hərbi hissədə ermənilərə qarşı aparılan bir çox əməliyyatlarda fədakarlıqla iştirak edib. Namiq Abdullayev 1992-ci ilin 19 oktyabrında şəhid olub.

Babayev Natiq Rafiq oğlu 22 noyabr 1972-ci ildə Laçın şəhərində doğulmuşdur. 811 saylı hərbi hissənin əsgəri olan Natiq Babayev 1992-ci il oktyabrın 19-da Tığik kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Əhmədli kənd mədəniyyət evinə Natiq Rafiq oğlu Babayevin adı verilmişdir.
Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı
Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı
XƏBƏR LENTİ
Dünən, 11:23
SORĞU