21 okt 12:15Sosial

“UniTalks”: Proqramlaşdırmanın öyrənmə üsulları

“UniTalks”: Proqramlaşdırmanın öyrənmə üsullarıBakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzi, Texnoklubun və Texnoparkın birgə təşkilatçılığı ilə “UniTalks”ın növbəti təlim-seminarı keçiriləcək.

Seminarda “Code Academy”nin təsisçisi Samir Kərimov tərəfindən hazırlanan “Proqlaşdırmanın öyrənilməsi üsulları” haqqında danışılacaq. Keçiriləcək təqdimatlarda “Proramlaşdırma öyrənmənin üsulları nədən ibarətdir “ və digər məsələlərə aydınlıq gətiriləcək.

Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Təlim-seminar 23 oktyabr tarixində, BMU-nun akt zalında saat 12-00-də keçiriləcək.

Qeyd edək ki, belə təlim-seminarların təşkilində əsas məqsəd innovativ və sahibkar düşüncəli gənclərin formalaşmasına təkan vermək, onlara öz bizneslərini qurmaq imkanlarının yollarını aşılamaqdır.
XƏBƏR LENTİ
Dünən, 11:23
12-11-2019, 15:19
SORĞU