21 okt 10:54Sosial

Azərbaycanın iki jurnalisti Türkiyədən mükafat aldı

Azərbaycanın iki jurnalisti Türkiyədən mükafat aldıTürkiyə-Azərbaycan Dərnəkləri Fedarasiyası (TADEF) Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı və daha da möhkəmlənməsi istiqamətində xidmətlərinə görə Azərbaycandan iki jurnalisti mükafatlandırıb.

TADEF-dən Avrasiya.net-ə verilən məlumata görə, TADEF və Türkiyə Kocaeli Heydər Əliyev Kültür Evinin mükafatını federasiyanın rəhbəri Bilal Dündar bu günlərdə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyənin Kocaeli vilayətində keçirdiyi tədbirdə iştirak edən "Bakı Xəbər" qəzetinin əməkdaşı, Azinforum.az saytının rəhbəri Məhəmmədəli Qəribliyə təqdim edib.

Mükafatlandırılan ikinci jurnalist isə "Xalq Cəbhəsi" qəzetinin əməkdaşı, Avrasiya.net saytının rəhbəri, ADİİM sədri Cavid Şahverdiyev olub. B.Dündar mükafatı M.Qəribliyə təqdim edib.
Azərbaycanın iki jurnalisti Türkiyədən mükafat aldı
XƏBƏR LENTİ
Dünən, 11:23
12-11-2019, 15:19
SORĞU