18 okt 14:10Sosial

Oqtay Şirəliyevin istefa xəbəri yayıldı

Oqtay Şirəliyevin istefa xəbəri yayıldıSəhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunacaq.

Bu barədə Gununsesi.org-a Səhiyyə Nazirliyindəki mənbədən məlumat daxil olub. Xəbərə görə, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb. Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağındakı şəxsi əşyalarının daşınması da diqqəti çəkib.

Nazirin artıq geri dönməyəcəyi barədə fikir qətiləşib.

Nazirliyin Mətbuat xidmətindən modern.az-a bildirilib ki, nazirin istefası və ya vəzifəsindən azad edilməsi barədə hər hansı informasiya yoxdur:

“Hər hansı bir nazir vəzifəsindən azad olunanda, bu barədə Prezidentin rəsmi saytında sərəncam dərc olunur”.
XƏBƏR LENTİ
SORĞU