17 okt 19:19Sosial

İmplantasiyanın orqanizm üçün heç bir təhlükəsi yoxdur - Həkim

İmplantasiyanın orqanizm üçün heç bir təhlükəsi yoxdur - HəkimMüsahibimiz Kliniki Tibbi Mərkəzin həkim-implantoloqu, Tibb uzrə fəlsəfə doktoru Əliyev Alı Ramazan oğludur.

A.Əliyev diş sırası qüsurlarının müasir metotdla bərpası (implantasiya) ilə bağlı müxbirimizin suallarını cavablandırıb.

- Doktor, diş sırası qüsurları dedikdə nə başa düşülür? Bu haqda məlumat verərdiniz zəhmət olmasa

- Diş sırası qüsurları dedikdə adentiya başa düşülür. Adentiya diş sırasında dişlərin olmamasına deyilir. Bu da 2 yerə bölünür. Hissəvi və tam adentiya, yəni diş cərgəsində dişlərin bir və ya bir neçəsinin olmaması hissəvi adentiya heç olmaması isə tam adentiya adlanır.

- Bəs bu qüsurlar necə aradan qaldırılır.

- Bu qüsurlar hissəvidirsə adətən körpüyə bənzər konstruksiyalarla, tamdırsa protezlərlə bərpa olunur. Lakin bu metodlar son zamanlara qədər aktual hesab olunurdu. İndi isə diş cərgəsi qüsurlarını daha müasir metodla,məsələn implantasiya metodu ilə bərpası həyata keçirilir.

- Doktor, implantasiyanın adını qeyd etdiniz? Bu metodun orqanizm üçün hər hansı bir təhlukəsi varmı? Varsa nədən ibarətdi?

- Qətiyyən. Bu metodun orqanizm üçün heç bir təhlükəsi yoxdur. Sadəcə bəzi pasiyentlər üçün nisbi və mütləq əks göstərişləri vardır: Nisbi əks göstərişlər dedikdə bu qrup pasiyentlərdə xəstəliyin ağırlığından asılı olaraq implantların qoyulması aparılada bilər, aparılmayada. Bu xəstəliklərə Bruksizim (dişlərin qıcanması), əng cibinin (Haymorun) aşağıda yerləşməsi, ağız boşluğunda kifayət qədər yaxşı olmayan gigeyena, ürəkdə anadan gəlmə qüsurlar, şəkərli diabet, ürəkdə işemik xəstəliklər və s. aiddir.

Mütləq əks göstərişlə isə: Müəyyən psixi xəstəliklər, möhkəm ürək çatışmamazlığı, qan xəstəliklər, bir sıra infeksion xəstəliklər (Qics,hepatit viruslarının ağır formaları) və s aiddir.

-Doktor implantların tərkibi haqda məlumat verərdiz mümkünsə.

- Adətən implantlar müxtəlif materiallardan hazırlanır: Məsələn, paslanmayan polad, kobat-xrom-Molibden xəlitəsi, qızıl, palladium və s.Lakin bu gün seçimdə Titan elementi birincidir.. TiO2 (rutil) orqanizm üçün tam zərərsiz və inertdi.
İmplantasiyanın orqanizm üçün heç bir təhlükəsi yoxdur - Həkim
- İmplantların dayanıqlılığı çənə sumuyunun bərkliyindən nə dərəcədə aslıdır?

- Çox maraqlı sualdır. Bəli təbii ki, implantların uzunömürlü və davamlı olması bilıvasitə çənə sümüyün möhkəmliyindən yəni tərkibindən və sturukturundan aslıdır. Çənə sümüyu 2 maddədən təşkil olunmuşdur: Kompakt və süngər maddə və qatından. Çox vaxt sümük toxumasının keyfiyyəti 4 növlə qiymətləndirilir. Növ bayaq qeyd etdiyim kortikal və süngərin miqdarının mütənasibliyi həmçinin spangioz sümüyün strukturu ilə müəyyənləşir. Demək olar ki

D1-qatı-kortikal

D2-məsaməli kortikal

D3-məsaməli-trabekulu

D4-qatı trabekulu yəni boşluqlu

Ən çox arzu olunan sümük növu D2 və D3-dür. Çünki b4 növ sümüklərdə implantın tutması yəni osteointeqrasiya prosesi daha uğurlu olur.

- Əng sümüyündə arxa nahiyyədə çox zaman sümük köçrülməsi əməliyyatı həyata keçirilir. Bu barədə məlumat verərdiz.

-Dişləri çoxdan itirmiş pasiyentlərdə yuxarı çənədə arxa nahiyədə əngcibinin (Haymor) aşağı nahiəsində sümük qatı yeyilmiş olur. Ona görə də o nahiyəyə implant yerləşdirmək həkim üçün çətinlik törədir. Bu səbəbdən əngin qaldırılması, yəni sinus-liftinq əməliyyatı həyata keçirilir. Əng cibin aşağı nahiyyəsinə sümük köçurulur. Sinus liftinq əməliyyatı iki formada həyata keçirilir. Açıq və qapalı yolla.

- Ən çox praktikada hansı ölkələrin istehsal etdiyi implantlara üstünlük verirsiniz ?

- Ən çox Avropa ölkələrin istehsal etdiyi Almaniya və İsveçrə implantlarını və həmçinində İsrail və Cənubi Koreya ölkələrinin istehsal etdiyi implantlara üstünluk verirəm. İmplantların tutması onun hansı ölkənin istehsal etməsindən daha çox duzgun texnologiya ilə qoyulmasından aslıdır.

- Sonda implant qoyduran xəstələrə məsləhətiniz.

- İlk öncə pasiyentlərə implant qoydurduqdan sonra I III və VI aylarda həkimə gedib yoxlanılmalarını tövsiyyə edirəm. Sonralar ildə bir dəfə gedib implantların stabilliyini, dişləmin tarazlığını və sümük toxumasında dəyişikliyin olub-olmamasını bilmək üçün rentgen müayinəsindən keçməsini tövsiyyə edərdim. Daha sonra şəxsi gigiyenik qaydalara riayət etmələrini tövsiyyə edərdim. Yəni hər yeməkdən sonra ağız boşluğunu ilıq su ilə yaxud imkan olduqda gigiyenik mayelərlə yaxamalarını məsləhət görərdim. Bəzən sintetik tuklu diş fırçalarından ağız irriqatorlarından və diş saplarından istifadəni məsləhət görərdim.
XƏBƏR LENTİ
SORĞU