17 okt 14:52Sosial

Qubanın gəncləri Müstəqillik gününü birgə qeyd etdilər - FOTOLAR

Qubanın gəncləri Müstəqillik gününü birgə qeyd etdilər - FOTOLARYeni Azərbaycan Partiyası Quba rayon təşkilatının fəal gəncləri Müstəqillik gününü birgə qeyd etdilər. Əvvəlcə gənclərlə ağac əkildi. Daha sonra tədbir Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının inzibati qərargahında davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 28-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının fəal gənclərinin təşəbbüsü ilə tədbir keçirildi.

Rayon təşkilatının qərargahında gənclərlə keçirilən görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu dedi.
Qubanın gəncləri Müstəqillik gününü birgə qeyd etdilər - FOTOLAR
Yusif Abidov bildirdi ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni – müstəqil inkişaf dövrü başlanıb. Müstəqilliyimizin ilk illəri xalqımız üçün olduqca çətin şəraitdə keçib. 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın yeganə xilas və ümid yeri olan Heydər Əliyev yenidən hakimiyyətə qayıdıb. Məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilib, respublikamız yeni inkişaf dövrünə qədəm qoyub.
Qubanın gəncləri Müstəqillik gününü birgə qeyd etdilər - FOTOLAR
Hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi xüsusi vurğulanıb.
Qubanın gəncləri Müstəqillik gününü birgə qeyd etdilər - FOTOLAR
XƏBƏR LENTİ
SORĞU