17 okt 13:50Sosial

İcra əməkdaşı əməliyyat zamanı öldü

İcra əməkdaşı əməliyyat zamanı öldüXocavənd Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı əməliyyat zamanı ölüb.

Trend-in məlumatına görə, Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparan zaman yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb.

R.Rüstəmovun ayağı iki yerdən sınıb. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib. O, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatından sağ çıxmayıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU