16 okt 20:12Sosial

Baş redaktor sosial şəbəkənin tətbiq etdiyi ədalətsiz filtrə qarşı mübarizəyə başlayıb

Baş redaktor sosial şəbəkənin tətbiq etdiyi ədalətsiz filtrə qarşı mübarizəyə başlayıb
"Facebook”da rus və ya digər dillərdə "Dağlıq Qarabağın Azərbaycanlı icması”, "Ermənilərə qarşı informasiya savaşında qalib gəlmək”, "Tural Gəncəliyev” sözlərinə qarşı filtr tətbiq olunub. Bu barədə qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov sosial şəbəkədəki profilində yazıb. O, bunun olduqca ciddi məsələ olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyevin rus dilində verilən açıqlamasının linkini dostlardan birinə göndərmək istəyib. Onun yazdığına görə, rus dilində verilən həmin məqalədə İcma rəhbəri ermənilərlə informasiya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Jurnalist bildirib ki, "Facebook” onun bu xəbəri göndərməsini bloklayıb. S.Nəcəfov linkdə olan materialda dini, etnik, milli zəmində ayrı-seçkilik, terrora çağırış, soyqırımı tələbinin olmadığını vurğulayıb. Bildirib ki, bununla bağlı "Facebook” adminlərinə müraciət ünvanlayıb. O, səbirsizliklə cavab gözlədiyini, sonuna qədər bu işin arxasında olacağını, bu sözlərə qarşı filtr aradan qalxmayınca, "Facebook” rəsmi üzr istəməyincə, əl çəkməyəcəyini bəyan edib.
Baş redaktor sosial şəbəkənin tətbiq etdiyi ədalətsiz filtrə qarşı mübarizəyə başlayıb
Sözügedən statusla əlaqədar ilk növbədə S.Nəcəfovun özünə müraciət etdik. O, bizimlə söhbətində "Facebook”un bir müddət əvvəl alqoritmləri dəyişdiyini diqqətə çatdırdı. Jurnalistin sözlərinə görə, bir çox saytlar var ki, "content”də və ya xəbər paylaşımında "Facebook” filtrlərinə zidd olan məlumatlar paylaşılan kimi filtrlər dərhal işə düşür: "Bura daxildir insanın şəxsi həyatına müdaxilə, həyatına təhlükəyə çağırış, habelə milli, dini, siyasi diskriminasiya, terrora çağırış, xalqlara, etnik qruplara qarşı hər hansı aşağılayıcı, diskriminativ fikirlər və sair. Xəbəri göndərmək istəyəndə "Facebook mesenger” həmin məlumatı blokladı. Məqaləni bir daha oxudum. Gördüm ki, bayaq qeyd etdiyim şərtlərdən heç biri pozulmayıb, icma rəhbəri çox normal, sivil formada fikirlərini çatdırıb. Bu məsələ diqqətimi cəlb etdi. Belə anladım ki, ermənilər məhz bu saytın rus bölməsini şikayət ediblər. Yəqin ki, bu vaxta qədər analoji xəbərləri paylaşdıqları, ermənilərə informasiya savaşında zərbə vurduqları üçün əks tərəf ən sonuncu yola əl atıb. Bununla bağlı "Facebook” adminlərinə şikayət etdim. Onlar bu xəbərin "Facebook”un əxlaq normalarına zidd oub-olmadığını dəqiqləşdirmək üçün şikayət imkanı verirlər. Mən həmin mətni göndərib, burada nəyin əxlaq normalarına zidd olduğunu soruşdum. İndi cavab gözləyirəm”.
Baş redaktor sosial şəbəkənin tətbiq etdiyi ədalətsiz filtrə qarşı mübarizəyə başlayıb
Bu situasiya ilə əlaqədar jurnalist Elçin Alıoğlu qəzetimizə açıqlamasında deyib ki, 17 il 4 ay bundan öncədən başlayaraq bütün sosial şəbəkələrə dair müvafiq qayda tətbiq olunur. Bu qaydaya uyğun olaraq irqi, milli, dini və sair zəmində çağırışların qarşısı alınır. Həmkarımızın sözlərinə görə, populyar servislərdə milli zəmində dözümsüzlüyə çağırışlar birmənalı olaraq "blok”lanır: "Burada fərqli və diqqət çəkən məqam var. Bu da ondan ibarətdir ki, Azərbaycan beynəlxalq prinsipləri, hüququ pozmadan, yalnız öz hüququnu tələb edir. Çünki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, ölkəmizin ərazi bütövlüyü pozulub. Əgər biz erməni separatizmi, erməni millətçilərinin Dağlıq Qarabağda terror törətməsi, işğal olunmuş ərazilərimizə qondarma qurumun yaradılması, xunta və sair bu kimi ifadələr yazırıqsa, dərhal "blok” olunur. Bu "blok”un bilavasitə təşəbbüskarlarından biri Amerikadakı ən populyar servislərdən biri sayılan "Reddit”in başında dayanan Aleksis Ohanyandır. Həmin erməninin təklifi ilə İP startaplarda belə bir qayda tətbiq olunub. Bunun "İP dözülməzlik” kimi şərti adı var. Sözügedən servisdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın lehinə nə isə yazan kimi dərhal "blok”lanır. İndi "Facebook” da bu yolla gedir”.
Baş redaktor sosial şəbəkənin tətbiq etdiyi ədalətsiz filtrə qarşı mübarizəyə başlayıb
E.Alıoğlu deyib ki, "Facebook” azərbaycanlılara qarşı həddən artıq məhdudiyyətlər tətbiq edir. Onun sözlərinə görə, bu məhdudiyyətlərin təxmini sayı 37-dir: "Ermənistandan olan istifadəçilərə qarşı "açar sözlər”lə bağlı "Facebook”un tətbiq etdiyi məhdudiyyətlərin sayı cəmi 11-dir. Bunun nəticəsində azərbaycanlı istifadəçi rus dilində ölkədən və xaricdən kənardan sosial şəbəkədə mövzu ilə bağlı nə isə yazdıqda, sözlərin 32-si mütləq "blok”lanır. Amma Rusiyada, yaxud Yeni Zenlandiyada yaşayan azərbaycanlı həmin mövzuda sosial şəbəkədə yazı yazdıqda o məhdudiyyət tətbiq olunmur. Bu, sadəcə azərbaycanlılara qarşı deyil, ümumən Azərbaycana qarşı tutulan bir mövqedir. Bu problemin – məhdudiyyətlərin yaranmasının digər bir səbəbi də milli-dövlətçilik, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü məsələlərində vahid mövqedən çıxış edə bilməməyimizdir. Belə məsələlərdə biz özümüzü könüllü şəkildə iqtidara, müxalifətə, neytrallar bölürük. Bizdən fərqli olaraq, ermənilər belə etmirlər. Onlar üçün vətən, millət məsələsi varsa, hamısı vahid mövqe ortaya qoyurlar. Bu səbəbdən də düşmənimiz çox məkrli və hiyləgərdir”.
Baş redaktor sosial şəbəkənin tətbiq etdiyi ədalətsiz filtrə qarşı mübarizəyə başlayıb
E.Alıoğlu qeyd edib ki, biz sosial şəbəkələrdə yazışan zaman Qarabağ, Vətən, dövlət və sair kimi milli məsələlərə münasibətdə ayrı-seçkiliyi, fərqliliyi unutmalıyıq: "Sosial şəbəkədə "Xəbər lenti” var. Bu "xəbər lenti”ndə şəbəkə istifadəçiləri arasında hər hansı mövzu haqqında çox gərgin debatlar olursa, o mövzu avtomatik olaraq "açar söz” seçilir. "Facebook” istifadəçilərin mənəvi durumunu pozmamaq, "bullinq”ə məruz qoymamaq, onları psixoloji və sair təqiblərdən qorumaq bəhanəsi ilə həmin "açar sözü” özünün "qara siyahı”sına salır. Beləliklə də biz bilərəkdən və ya bilməyərəkdən özümüz özümüzə qarşı işləyirik. Problemin kökü sosial şəbəkələrdə "fərqli”, "demokratik” fikirlər söyləmək, yazmaq adı ilə açıq-aşkar "trollinq”lə məşğul olan, konkret şəkildə Dağlıq Qarabağ mücadiləmizin əleyhinə işləyən insanlardır. Bir çox hallarda texniki savadsızlıqdan, şərtləri bilməməkdən qaynaqlanan və bu istiqamətdə yazılan rəylər "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbərini "Facebook”da yanlış olaraq qeyri-legetim şəxsə çevirir. Məhz bu səbəbdən də icmanın sədri Tural Gəncəliyevin adı hallanan bütün xəbərlər "blok”a atılır”.

Rufik İSMAYILOV
kaspi.az
XƏBƏR LENTİ
SORĞU