15 okt 17:43Sosial

Bakı Şəhər Baş Polis İdarəsindən müxalifətə XƏBƏRDARLIQ

Bakı Şəhər Baş Polis İdarəsindən müxalifətə XƏBƏRDARLIQ
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın Bakıda keçirmək istədiyi icazəsiz mitinqlə bağlı məlumat yayıb.

Avrasiya.net-in məlumatına görə, İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq:

“Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək.”

Xatırladaq ki, Milli Şura oktyabrın 19-da Bakıda mitinq keçirəcəyi barədə məlumat yayaraq çağırış edib.
XƏBƏR LENTİ
19-11-2019, 20:43
SORĞU