15 okt 12:51Sosial

Rövşən Lənkəranskidən bəhs edən “Böyük qardaş” kitabı satışa çxarıldı

Rövşən Lənkəranskidən bəhs edən “Böyük qardaş” kitabı satışa çxarıldıKriminal avtoritetlər barədə bir sıra kitabların müəllifi, qocaman jurnalist Bəhram Çələbinin Azərbaycan və ümumlikdə MDB məkanın ən nüfuzlu azərbaycanlı “qanuni oğru”su "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevə həsr etdiyi kitab artıq satışdadır.

Bu barədə Modern.az-a kitabın müəllifi Bəhram Çələbi özü məlumat verib.B.Çələbi qeyd edib ki, “Böyük qardaş” adlanan kitab Rövşən Canıyevin uşaqlığından ta ölümünə qədərki dövrə həsr olunub:

“Mən əvvəl də Rövşən Lənkəranskiyə kitab həsr eləmişəm. Amma o kiçik həcmli idi. Əvvəlki kitab 98 səhifə idi, bunun səhifəsi 200-dən çoxdur”.

Müəllif Lənkəranskidən bəhs edən birinci kitabı ailə üzvlərinə bağışladığını diqqətə çatdırıb:

“İkinci kitabı ailəsinə verə bilməmişəm. Bu, tam versiyada olan kitabdır. Hansı ki, Lənkəranskinin ölümü ilə bağlı məqamları da qeyd eləmişəm”.

B.Çələbi eyni zamanda hazırda daha 2 kitab üzərində işlədiyini qeyd edib:

“Kitablardan biri “Dağlı Muğbil” haqqındadır. Onu təxminən 4 aya yekunlaşdıracam. Digər kitab isə cinayətkar oğrulardan bəhs edən “Vendetta”dır. Pula görə adam öldürən, cinayət törədənlərdən bəhs edəcək. Olmuş, real hadisələrin toplusu olacaq. Hansı ki, 5 nəfər adam sonda pula görə bir-birini öldürüb. İndi çox qocalmışam, yazmaqda çətinlik çəkirəm. Çalışacam ki, hər iki kitabı tezliklə tamamlayım”.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU