14 okt 21:23Sosial

Bizim dövlətə bir borcumuz var: yüksək səviyyəli, müasir innovasiyalı kadrlar yetişdirmək - Rektor

Bizim dövlətə bir borcumuz var: yüksək səviyyəli, müasir innovasiyalı kadrlar yetişdirmək - Rektorİbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

Əziz tələbələrim, hörmətli izləyicilərim, daim bir sual ətrafında fikirləşirdim ki, nə vaxtsa biz də normal bir universtitet qura biləciyikmi?

Bu gün qürurla deyirəm ki, biz öz arzularımıza çatmışıq, ən mükəmməl, maddi-texniki baxımdan nəinki MDB məkanı universitetləri, eləcə də Şərqi Avropa universitetləri ilə rəqabətə girəcək bir universitet qurmuşuq.

Möhtərəm cənab Prezidentin ali qayğısı ilə əhatə olunan universitetimiz demək olar ki, hər həftə, hər ay yenilənir, dövlətimizin iqtisadi qüdrətindən bəhrələnən universitetimizdə ən müxtəlif investisiya layihələri həyata keçirilir. İki ədəd eyni layihə əsasında tikilən 520 nəfərlik ən müasir tələbə evləri, təmir edilmiş 7 tədris korpusu, tikintisi başa çatmaqda olan yeni 5 mərtəbəli 2500 nəfərlik tədris korpusu, 4 mərtəbəli peşə məktəbi, biotexnologiya laboratoriyası, yenicə təmirdən çıxan mühəndislik emalatxanası , 2 ədəd 30 başlıq iribuynuzlu ferma, quşçuluq, balıqçılıq, baramaçılıq tədris mərkəzləri, baytarlıq klinikası, tədris-təcrübə tarlası, 1 milyon manatlıq dəyərdə maşın, traktor parkı və daha nələr....

Hər şeyimiz var, Azərbaycan, ingilis və rus dillərində tədris, 100 nəfərə qədər rus və ingilis dilli müəllimlərimiz, mükəmməl kitabxanamız, yüzlərlə mikroskop və kompüterlərimiz və daha nələr...

Universitetimizin qüruru isə 6000 nəfərə qədər tələbə oğlan və qızlar, ölkənin bütün bölgələrindən olan bu gənclər aqrar mütəxəssis olmaq üçün əsl çaba göstərirlər.

Universitetimiz Kənd Təsərrüfatı Nazirliyinin tam dəstəyi və gündəlik qayğısı altındadır, bütün təkliflərimiz bir qayda olaraq dinlənilir və dərhal kömək göstərilir. Bizim isə dövlət və nazirliyimiz qarşısında bir borcumuz var: yüksək səviyyəli, bazar rəqabətli, müasir innovasiyalı kadrlar yetişdirmək. Əziz tələbələrim, biz bu çağırışlara hazırıqmı?
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU