14 okt 11:06Sosial

Başçı müavini görüşdə istefa verdi – İcradan qəribə cavab

Başçı müavini görüşdə istefa verdi – İcradan qəribə cavabAğsu rayon icra başçısının müavini İqbal Şahbaba oğlu Mikayılovun istefa verməsi haqda məlumat yayılıb.

Avrasiya.net xəbər verir ki, Baku.vs rayonun yeni icra başçısı Vahid Tağıyevin sakinlərlə görüşü zamanı insident yaşandığını qeyd edib. Bildirilir ki, sakinlərdən biri probleminin həll olunmadığı üçün İ.Mikayılovdan şikayətçi olub. O isə ittihama cavab verə bilməyib.

Nəticədə vəzifəsindən istefa verməli olub.

Ağsu rayon icra başçısının köməkçisi Vüqar Atakişiyev isə Axar.az-a açıqlamasında faktı nə təsdiq, nə də təkzib edib.

“Siz məgər mediada hər yazılana inanırsınız?” – deyə V.Atakişiyev bildirib.
XƏBƏR LENTİ
SORĞU