11 okt 20:47Sosial

Bakıda 11 yaşlı uşaq itkin düşdü

Bakıda 11 yaşlı uşaq itkin düşdüBakının Binəqədi rayonunda 11 yaşlı uşaq itkin düşüb.

Oxu.az-ın məlumatına görə, oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi döngə 1-də yaşayan 2008-ci il təvəllüdlü F.Hüseynov evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Jalə Hüseynova Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU