10 okt 11:28Sosial

YAP Pirallahı təşkilatı gənclərlə görüş keçirib

YAP Pirallahı təşkilatı gənclərlə görüş keçiribYeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ilk partiya təşkilatlarında görüşləri davam etdirir. Növbəti görüş Pirallahı rayon Sukanal idarəsində keçirildi.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov öz çıxışında bildirdi ki, gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir. Bu gün Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafeyinin qorunması kimi müqəddəs amallar dayanır. Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Gənclərin mütləq əksəriyyəti ulu öndər ideyaları ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. Onlar hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər.
YAP Pirallahı təşkilatı gənclərlə görüş keçirib
Hikmət Şikarov həmçinin bildirdi ki, gənclərimiz vətənpərvər olmalı, Vətənə qarşı çıxanlarla barışmaz mübarizə aparmağı bacarmalıdılar. Bu mübarizə meydanlarından ən önəmlisi sosial şəbəkələrdir. Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarşılıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. Xaricdəki mühacir azərbaycanlılar ölkədə aparılan islahatlara, inkişafa, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər.
YAP Pirallahı təşkilatı gənclərlə görüş keçirib
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini, Pirallahı rayon Sukanal idarəsi ilk partiya təşkilatınıın sədri Əli Kərimov ölkəmizin siyasi həyatında mühüm yer tutan Bələdiyyə seçkilərindən danışdı. Bütün partiya üzvlərini seçkilərə hazırlıq mərhələlərində və seçki prosesində fəal olmağa çağırdı. Bildirdi ki, Bələdiyyə seçkiləri ilə əlaqədar ölkədə siyasi canlanma müşahidə olunur. O, Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağını əminliklə ifadə etdi.

İclasda çıxış edən YAP Pirallahı rayon təşkilatı GB-nin sədri Rüfət Əhmədov yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən natiq ölkəmizin inkişafında, müasirləşməsində və yeniləşməsində onların rolunun əvəzsiz olduğunu vurğuladı.

Tədbirin sonunda əlaqələndirici koordinator seçildi və bu görüşlərin digər ilk partiya təşkilatlarındada keçirilməsi qərara alındı.
XƏBƏR LENTİ
SORĞU