07 okt 18:08Sosial

İradə Gülməmmədova müharibə veteranları ilə görüşdü

İradə Gülməmmədova müharibə veteranları ilə görüşdüBu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin üzvləri ilə görüşüb. Abşeron RİH-də baş tutan görüşdə İ.Gülməmmədova ölkədə və eləcə də rayon ərazisində aparılan abadlıq, quruculuq işlərindən danışıb. Respublikada müharibə veteranlarına və əlillərinə dövlət səviyyəsində böyük diqqətin göstərildiyini vurğulayan başçı qeyd edkib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayığısı nəticəsində əlillərin sosial problemləri aradan qaldırılıb. Onların reabritasiyası istiqamətində böyük işlərin görüldüyünü qeyd edən başçı rayon barəsində ətraflı məlumat verib. Hazırda Abşeronda qeyri-rəsmi hesablamara görə, 500 mindən artıq sakinin yaşadığını vurğulayan İ.Gülməmmədova rayonun həm kənd təsərrüfatı, həm də sənaye istiqamətində inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycanın artıq güclü orduya sahib olduğunu və hər an Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edə biləcəyini vurğulayan başçı Qarabağa qayıdacağımız günün uzaqda olmadığını söyləyib.

Sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri Füzuli Rzaquliyev təmsil etdiyi təşkilat haqqında məlumat verib. O bildirib ki, birlik respublikamızın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994-cü ildən rəsmi fəaliyyət göstərir. 1994-cü ilin avqust ayının 26-da Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Bildirilib ki, hazırda təşkilatın 65395 nəfər üzvü var. Onlardan 56735 nəfəri müharibə veteranı, 5340 nəfəri müharibə əlili, 3320 nəfəri isə şəhid ailəsidir.

Sonda qonaqlara Abşeronu ehtiva edən xatirə hədiyyəsi verilib. İ.Gülməmmədovaya isə Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin 25 illik yubiley medalı təqdim olunub.
XƏBƏR LENTİ
SORĞU