07 okt 14:24Sosial

Müsavat qurultayını "Büllur"da keçirəcək

Müsavat qurultayını "Büllur"da keçirəcəkBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultayla bağlı müraciətinə cavab verib.

Partiyanın başqanı Arif Hacılının sözlərinə görə, Meriya Müsavata IX qurultayının Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” Şadlıq Sarayında keçirməyə razılıq verib.

Məktubda Müsavatın şadlıq evinin sahibi ilə razılaşma əldə ediləcəyi təqdirdə BŞİH –in buna heç bir etiraz etməyəcəyi qeyd olunub.

Müsavat Partiyasının qurultayı oktyabırn 12-də keçiriləcək. Qurultayda hazırkı başqan Arif Hacılı partiya üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqiblu ilə sədrlik uğrunda mübarizə aparacaq.
XƏBƏR LENTİ
SORĞU