04 okt 17:25Sosial

Beyləqanda 14 yaşlı oğlan maşınla üç qızı vurdu

Beyləqanda 14 yaşlı oğlan maşınla üç qızı vurduBeyləqanda məktəbliləri maşın vurub.

APA-nın məlumatına görə, hadisə oktyabrın 3-ü saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb. 14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2106 markalı, 49 BA 942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən 3 yeniyetmə qızı vurub. Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU