04 okt 10:55Sosial

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Vilayət Eyvazovdan yeni - TƏYİNATTovuz Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

Avrasiya.net "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Əsgərov Elçin Adil oğlu bu vəzifəyə gətirilib.

E.Əsgərov bundan əvvəl Tovuz Rayon Rolis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini işləyib.

Qeyd edək ki, Tovuz Regional Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Seymur Sadıqov bir müddət əvvəl Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin olunub.
XƏBƏR LENTİ
SORĞU