01 okt 08:54Sosial

Nazir yeni rəis təyin etdi

Nazir yeni rəis təyin etdiDaşkəsən Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Report-un məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis polkovnik leytenantı Azay Ağayev təyinat alıb.

Qeyd edək ki, A.Ağayev bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Daşkəsən Rayon Polis Şöbəsinin keçmiş rəisi Vəfadar Orucov isə bir neçə gün əvvəl Zaqatala Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
XƏBƏR LENTİ
SORĞU