30 sen 20:33Sosial

“Mənim istefam Azərbaycanda nadir hadisələrdəndir...” – Rafael Cəbrayılov

“Mənim istefam Azərbaycanda nadir hadisələrdəndir...” – Rafael Cəbrayılov Bu gün deputatlıqdan istefa verən Rafael Cəbrayılov mətbuat konfransı keçirib.

Avrasiya.net xəbər verir ki, o deyib: “Mənim istefam Azərbaycanda nadir hadisələrdəndir və bunu dramatikləşdirmək lazım deyil. Bu mənim öz qərarımdır. Mən sırf hüquqşünas olaraq problem olub.

O problemlərin ikisi də nəyin bahasına olursa onların xeyrinə həll olunacaq.

Həmin şəxslər hövsələsizlik etdilər. Mən də o qadınların tərəfini tutdum. Amma qardaşımla problemi həll edə bilmədik. O qadınlar tam haqlıdır”.

***

“Bu məsələdə bir daha deyirəm o qadınlar haqlıdır və mən özümü də günahkar hesab edirəm. Mən meşşan, bürokratiyadan uzaq olan bir adamam.

Bəzi insanlar elə düşünür ki, deputatın nəinki qapısına, heç hasarına yaxın düşmək mümkün deyil. Amma mənim seçicilərimin xeyli hissəsi bizim evdə olublar. Mən kasıb bir ailədə doğulmuşam. Atam avtobus şoferi olub. Kasıblığın nə olduğunu yaxşı bilirəm. Və mən atdığım addımlarda böyük qəbahət görmürəm. Mən hər gün seçicilərimlə bağlı ondan artıq müraciət edirəm.

“Deputat mandatını girov qoyub” kimi sensasion bir xəbərə qarşı deyiləm. Amma bununla bağlı qarşı tərəfi də dinləməli idilər”.
XƏBƏR LENTİ
SORĞU