30 sen 11:46Sosial

Bakıda 8-ci sinif şagirdi itkin düşdü

Bakıda 8-ci sinif şagirdi itkin düşdüBakıda yeniyetmə itkin düşüb.

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini 2005-ci il təvəllüdlü Əliyev Murad Məhərrəm oğlu yoxa çıxıb.

Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə ötən gün saat 16 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onlar M. Əliyevin itkin düşməsi barədə polisə də məlumat verdiklərini bildiriblər.

Qeyd edək ki, Murad Əliyev 310 saylı orta məktəbin şagirdidir, o hazırda 8-ci sinifdə oxuyur.
XƏBƏR LENTİ
SORĞU