26 sen 10:51Sosial

Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi keçiriləcək

Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi keçiriləcəkBu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun (Zümrüd Abıyeva) boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmə prosesi keçiriləcək.

Avrasiya.net-in "Report"-a istinadən xəbərinə görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesi saat 10:20-də başlayacaq.

Məhkəmə iclasında nikahın ləğv olunması ilə bağlı iddia ərizəsi araşdırılacaq.

Qeyd edək ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı məlumat yayıb. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən dəfələrlə təzyiq və şiddətlərə məruz qalmasını göstərib. Məlum olub ki, bu təzyiqlərə görə, Zümrüd Yağmur boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.

F.Qəhrəmanlı sentyabrın 20-də AXCP sədrinin müavini vəzifəsindən istefa verib.
XƏBƏR LENTİ
SORĞU