21 sen 19:40Sosial

“Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin yekun tədbiri keçirilib

“Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin yekun tədbiri keçirilibMüvəkkil Hüquq Mərkəzi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin yekun tədbirini keçirib.

Avrasiya.net xəbər verir ki, tədbiri giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Könül Quliyeva bildirib ki, 2019-cu ildə ölkəmizdə aparılan vergi islahatlarının təşviq edilməsi və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə müxtəlif qurumlar tərəfindən tədbirlər keçirilib. QHT-lər də bu islahata öz tövhələrini verməkdədirlər.

Daha sonra çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan layihə 5 ay müddətində reallaşıb. Layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərlə bağlı maarifləndirilməsindən ibarətdir.
“Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin yekun tədbiri keçirilib
Layihə çərçivəsində “Sahibkarın vergi bələdçisi” adlı buklet çap olunub və sahibkarlar arasında paylanılıb.
Səməd Vəkilov bildirib ki, Tərtər, Quba, Qusar və Xaçmaz rayonlarında sahibkarlarla maarifləndirici görüşlər keçirilib. Onlara hüquqi yardımlar göstərilib.

Bundan başqa təşkilatın internet saytı vasitəsi ilə Vergi islahatları mövzusunda təbliğat işləri aparılıb.
Tədbir müzakirələrlə davam edib. Çıxışçılar bu sahədə maarifləndirmə fəaliyyətinin vacib olduğunu bildirib və təkliflər irəli sürüblər.
“Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin yekun tədbiri keçirilib
XƏBƏR LENTİ
SORĞU