21 sen 08:04Sosial

Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb

Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb
Bərdə rayonunda döyülmə hadisəsi baş verib.

Avrasiya.net "Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Təhlə kəndində qeydə alınıb.

Kənd sakini - 1978-ci il təvəllüdlü Həsənov Hafiz Əli oğlu yaşadığı evin qarşısında döyülərək başından ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, rayonun Qaradəmirçi kənd sakini - 1989-cu il təvəllüdlü Musayev Vüsal Sabir oğlu Təhlə kəndinə gələrək H.Həsənovla mübahisə edib. Mübahisə nəticəsində V.Musayev H.Həsənovu döyərək başına küt alətlə zərbələr endirib.

Faktla bağlı cinayət işi başlanıb.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU