20 sen 14:24Sosial

“Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” - Bəyanat qəbul olundu

“Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” - Bəyanat qəbul olunduSon dövrlər sosial şəbəkələrdə, xüsusilə Feysbuk və Yutub vasitəsilə əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışların şahidi oluruq. Xüsusilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçiləri dilə gətirilməsi belə mümkün olmayan söyüş, təhqiramiz ifadələr işlədirlər. Milli-mənəvi və əxlaqi dəyərlərimizdən uzaq olan bu cür halların belə davam etməsi hiddət doğurur və yolverilməzdir.

Avrasiya.net xəbər verir ki, bu sözlər “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı Dəyirmi Masanın iştirakçıları adından yayılan bəyanatda yer alıb.

“Biz, bu mətnə imza atanlar respublikanın hüquq-mühafizə orqanlarına müraciət edərək sosial şəbəkələrdə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq və əhali arasında vahimə yaradan, insanları istənilən qanunazidd hərəkətlərə çağıran, o cümlədən söyüş, təhqir və böhtanlara yol verən şəxslər barəsində ciddi tədbirlərin görülməsini xahiş edirik. Hər bir vətəndaşımızın, tələbə və gənclərimizin, xüsusi olaraq məktəblilərin təlim-tərbiyəsinə və psixologiyasına mənfi təsir göstərən bu cür halları qəti şəkildə pisləyir, istər xaricdə, istərsə də ölkə daxilində bu cür hərəkətlərə yol verən şəxsləri söyüş, təhqir və böhtanlardan əl çəkməyi, bu hərəkətləri dayandırmağı tələb edirik.

Azərbaycanın hər bir vətəndaşını - ziyalılarını və ağsaqqallarını, kütləvi informasiya vasitələrinin rəhbərlərini, hüquq müdafiəçilərini, QHT və ictimaiyyət nümayəndələrini susmamağa, bu cür hallara qarşı etiraz səslərini ucaltmağa, söyüş, təhqir və böhtanlara YOX deməyə çağırırıq!!!”, - bəyanatda bildirilib.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU