16 sen 15:18Sosial

Pilot Rəşad Atakişiyevin ailəsi DTX rəisinə müraciət etdi

Pilot Rəşad Atakişiyevin ailəsi DTX rəisinə müraciət etdiXəbər verdiyimiz kimi, sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib. Bu məsələdən xəbər tutan pilotun ailəsi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə müraciət edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azvision.az -a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli danışıb. Onun sözlərinə görə, DTX rəisi Əli Nağıyevə ünvanlanan müraciətdə həmin şəxslərin tapılması xahiş edilib.

"Bu, həm şəhidi, həm də şəhidin ailəsini nüfuzdan salmaq məqsədi güdür. Pul dilənçiliyi həyata keçirdiyi üçün həmin şəxslər tapılaraq məsuliyyətə cəlb edilməlidir".

Q.Hüseynli Müdafiə nazirinin də məsələdən xəbərdar olduğunu qeyd edib.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU