12 sen 13:55Sosial

Nazir yeni rəis təyin etdi

Nazir yeni rəis təyin etdiDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Emin Zeynalov Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə Unikal.org-a Suraxanı Rayon Polis İdraəsindən məlumat verilib.

Qeyd edək ki, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov bir müddət öncə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə vəzifəsindən azad edilərək, Xızı RPŞ-nin rəisi təyin olunub.
XƏBƏR LENTİ
SORĞU