10 sen 20:58Sosial

Deputat İcra başçısına təşəkkür etdi

Deputat İcra başçısına təşəkkür etdiMillət vəkili Kamran Nəbizadə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür edib.

Mediaxeberleri.az xəbər verir ki, təşəkkür məktubunda deyilir ki, respublikamızda qeyd olunan “Bilik günü” ərəfəsində dövlətimizin elmə, təhsilə olan qayğısının daha bir təcəssümü olaraq Heydər Əliyev Fondu tərəfindən Qazax rayonunun İkinci Şıxlı kəndində yerləşən, 1967-ci ildə inşa olunmuş Şahnabad Nəsibova adına İkinci Şıxlı kənd Sarıvəlli tam orta məktəbin yenidən qurulması üçün vəsaitin ayrılması və işlərinin başlanılması məni rayonun deputatı və bir azərbaycanlı kimi çox sevindirdi.

General Əliağa Şıxlinski, Xalq yazıçıları Mehdi Hüseyn, İsmayıl Şıxlı, Xalq şairi Osman Sarıvəlli və Şöhrət ordenli akademik Teymur Bünyadov kimi dahi şəxslər yetişdirmiş İkinci Şıxlı rayon mərkəzindən uzaq məsafədə, Gürcüstan və Ermənistan ilə sərhəddə yerləşir. Bu məktəbin yenidən qurulması zərurəti Qazax rayonu İcra Hakimiyyəti tərəfindən 2018-ci ildə ölkə rəhbərliyinə məruzə olunmuşdur və artıq məsələ öz həllini tapıb.

Ölkəmizdə təhsilin inkişafına göstərilən bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya və bu işdə əməyi keçən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürümü bildirirəm.
XƏBƏR LENTİ
SORĞU