10 sen 10:51Sosial

Eldar Əzizov uşaq bağçaları ilə bağlı komissiya yaratdı

Eldar Əzizov uşaq bağçaları ilə bağlı komissiya yaratdıBakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən sərəncam imzalanıb, müvafiq komissiya yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, sərəncam qışa hazırlıqla bağlıdır:

“Paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətin öyrənilməsi məqsədilə Sərancama uyğun olaraq, Komissiya tərəfindən uşaq bağçalarına baxışlar keçiriləcək. Bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək”.

Rəsmi məlumata görə, komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.
XƏBƏR LENTİ
SORĞU