25 avq 12:13Sosial

Alatava suyun altında qaldı - Foto

Alatava suyun altında qaldı - Foto
Yasamal rayonu 2-ci Alatava yaşayış massivini su basıb.

Avrasiya.net xəbər verir ki, hadisə sözügedən ərazidə yerləşən su anbarının daşması nəticəsində yaşanıb. Belə ki, axşam saatlarında su anbarına həddən artıq dolan su daşıb və bir neçə məhəllə suyun altında qalıb.

Məhəllələrin aşağı hissəsində yerləşən onlarla ev su ilə dolub. Su anbarının həyətyanı ərazisini küçə ilə ayıran istinad divarları su axınının sürətindən zədə görüb. Divarın bəzi hissələri ovularaq tökülüb.

İlkin məlumata görə, böyük borulardan anbara gələn suyu bağlamaq unudulub və nəticədə belə bir hadisə baş verib.

***

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı hadisənin gecə saat 00:30-da baş verdiyini deyib:

"Bizim Alatavada üç su anbarımız var. Hər birinin tutumu 10 min kubmetrdir, yəni ümumi 30 min kubmetr tutumu var. Ötən gecə su qəbulu zamanı xəttdə texniki nasazlıq yaranıb və 10-15 dəqiqə ərzində su ərazidəki bəzi evlərin birinci mərtəbələrini basıb. Dərhal əməkdaşlarımız və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində olub, qısa müddətdə texniki nasazlıq aradan qalxıb".
XƏBƏR LENTİ
SORĞU