23 avq 19:59Sosial

JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib

JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edibAzərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı 19-20 avqust 2019-cu il tarixlərində Bakıda araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib.

Avrasiya.net xəbər verir ki, təlimlərdə 15 aparıcı milli kütləvi informasiya vasitələrindən 15 jurnalist iştirak edib.

JuHİ üzvü olan, beynəlxalq TOT təlimlərində iştirak etmiş iki yerli təmsilçi (Nəzirə Nurullayev, Elgün Mənsimov) iştirakçılara təhlükəsizlik məsələləri və tədqiqat hesabatı sahəsində ən yaxşı beynəlxalq təcrübələr barədə bilgi veriblər. Təlimlər zamanı praktik məşğələlər aparılıb.

“Təlimlərin əsas məqsədi jurnalistləri beynəlxalq səviyyəli təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə biliklərini artırmaqdır. Bu, Azərbaycan jurnalistləri üçün son dərəcə vacibdir. Seminar, jurnalistlərin fərqli mövzularda araşdırmalar apararkən və ya münaqişə zonasından reportaj hazırlayarkən daha etibarlı hərəkət etmələrinə kömək etmək üçün hazırlanmışdır” deyə Jurnalist Həmkarlar İttifaqının (JuHI) sədri. Müşfiq Ələsgərli bidirib.

Seminar Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) ilə birgə təşkil edilmişdir. Təlimlərə Norveç Jurnalistlər Birliyi də dəstək verib.
JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib
JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib
JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib
XƏBƏR LENTİ
SORĞU