21 avq 13:03Sosial

QHT Şurasının dəstəyilə gənclər internetin faydaları haqqında maarifləndirilib

QHT Şurasının dəstəyilə gənclər internetin faydaları  haqqında maarifləndirilib“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında "İnternetdən necə faydalanmalı?" mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi başa çatmışdır.

Yüksək texnologiyaların sürətli inkişafı nəticəsində internet uşaqdan böyüyə qədər hər bir kəsin həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Artıq Azərbaycanda internet istifadəçilərinin sayı kifayət qədərdir və onların əksəriyyətini yeniyetmələr və gənclər təşkil edir. Onların saatlarla kompüter arxasında əyləşərək arzuolunmaz məzmunlu materiallarla tanış olması, azartlı oyunlara aludəçilik, internet-dələduzluq, internet-asılılıq və bu kimi neqativ hallar mütəxəssisləri narahat edən məsələlərdəndir.
Bakı şəhərinin Yasamal rayonunda keçirilən layihə yeniyetmə və gənclərin böyük marağına səbəb olmuş, internetin faydalı cəhətləri, həmçinin zərərli tərəfləri haqqında da onlara geniş məlumatlar verilmiş, ictimai müzakirələr keçirilmişdir. Layihənin icrasında qarşıya qoyulan vəzifə gənclərə internetin imkanlarından daha səmərəli istifadə yollarını öyrətmək, google, youtube və s. bu kimi sosial servislərin imkanları barədə, eləcə də maraqlı təhsil yönümlü internet resursları haqqında məlumatlar vermək, eyni zamanda “təhlükəsiz internet sitifadəçisi” olmağa təşviq etmək olmuşdur. Layihə çərçivəsində keçirilən tədbirlər vasitəsilə gənclər internetin imkanlarını tədqiq etməyi, eləcə də təhlükəsilik qaydalarına riayət etməklə internetin törədə biləcəyi fəsadların qarşısını almağı öyrənmişlər.

İştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinə və şəxsən Şuranın sədri Azay Quliyevə aktual layihəyə dəstək verdiklərinə görə dərin minnətdarlıq hissi ifadə edilmişdir.
QHT Şurasının dəstəyilə gənclər internetin faydaları  haqqında maarifləndirilib
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU