21 avq 11:20Sosial

Lalə Məmmədovadan Elçin Əlibəyliyə: "Sübuta yetirsin, məhkəmədə görüşək"

Lalə Məmmədovadan Elçin Əlibəyliyə: "Sübuta yetirsin, məhkəmədə görüşək"
"Nəinki Maral, bütün haqları tapdanmış qadınların arxasında durub, yenə də sözümü deməyə hazıram!“
Müğənni Lalə Məmmədova teleaparıcı Elçin Əlibəylinin ittihamlarına sərt reaksiya bildirib. Müğənni öz "İnstagram" səhifəsində onu saxtakarlıqda ittiham edənləri məhkəmə ilə hədələyib:

"Söhbət məndən gedirsə, o zaman qorxmasınlar, adımı çəksinlər, dediklərinin arxasında durub, sübuta yetirsinlər, məhkəmədə görüşək.

Zamanında mən heç kəsdən qorxmadım, gördüyüm hadisəyə münasibət bildirdim, heç kəsin şəxsi işinə qarışmadan qadınlığımla sözümü ünvanına, sahibinə açıq-aşkar dedim. Və lazım gələrsə nəinki Maral, bütün haqları tapdanmış qadınların arxasında durub, yenə də sözümü deməyə hazıram!“

Daha sonra müğənni xüsusi olaraq qeyd edib:

"Mən illərlə öz xalqına və incəsənətinə xidmət etdim, oxuduğum mahnıların nöqtə və vergülünə qədər ehtiyatla yanaşdım, bəziləri kimi əsrlərdən bu günə qədər gəlib çatan xalq mahnılarımızı illərdir analarımızı gözüyaşlı qoyan, torpaqlarımızı işğal edən, 1 milyondan çox azərbaycanlını evindən didərgin salan bədxah ermənilərin dilində oxumadım"

Qeyd edək ki, bu günlərdə teleaparıcı Elçin Əlibəyli müğənni Maral Tahirqızı ilə verilişində yaşadığı qalmaqala münasibət bildirən Lalə Məmmədovan saxtakarlıqda ittiham etmişdi:

“Bəzi “müğənniciklər” Maral Tahirqızını müdafiə etdi. Biri də var, həm müğənnidir, həm “alim”. İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir, uşaq böyüdür, vaxt tapır bir dəfə boşanır da, üstəlik, elmi məqalalələr də yazıb, elmlər namizədliyini müdafiə edib. Bütün bunları necə çatdırıb, bilmirəm. Saxta müğənni olduğu kimi, saxta da alimdir. Saxta da fikirlər söyləyir. Necə ki, fəaliyyəti bütövlükdə saxtadır. Yaradıcılığı kserokopiyadan ibarətdir. Azərbaycanın çox məşhur müğənnisinin, böyük sənətkarının oxşarıdır. O, oxuyanda hamıya elə gəlir ki, başqası oxuyur. Onun müdafiəsi riyakarlıq idi. Sən özün lağ edənlərdən birisən”.
XƏBƏR LENTİ
SORĞU