19 avq 12:37Sosial

Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı - FOTO

Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı - FOTO
İyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

Rəsmi məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəndə Xəzər dənizinə düşən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb və onun axtarışları davam etdirilir.
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı - FOTO
XƏBƏR LENTİ
SORĞU