13 avq 23:06Sosial

Gəlin Bakımızı təmiz saxlayaq

Gəlin Bakımızı təmiz saxlayaq Hər gün hava şəraiti imkan verdiyi halda həkim məsləhətiylə axşamlar beş kilometrlik məsafəni qət etməliyəm. Bunun üçün ən uğurlu məkan kimi “Dədə Qorqud” parkını seçmişəm. Həm yaşadığım ünvana yaxın olması, gözəlliyi və ərazisində gölün olması, həmçinin hər zaman bu ərazinin külək firəngli olması bu parkı mənə çox sevdirib.

Demək olar ki, yay aylarında hər gün gölün ətrafından ən azı 6 dəfə dövrə vururam. Lakin bu yazının əsas məqsədi nə gölün ətrfında dövrə vurmağımdan, nədə ki, parkın gözəlliyindən danışmaqdır.

Demək, gölün ətrafında dövrə vurduqca ətrafda parka istirahətə gələnlər üçün qoyulan oturacaqlarda əyləşənlərin bəzi hərəkətləri diqqətimdən yayınmır. Yəni istənilən yaş qrupuna aid xanımlar bir çox hallarda əllərində günəbaxan tumu, el dilində desək “semişka”nı çırtaçırtla çırtlayır və zibilinə də həvəslə ayaqlarının altına atırlar. Təsadüfü halda görmək olar ki, günəbaxan qabıqları əllərindəki kağız torbaya atılır. Belə halda diqqətlə mənzərənin müşahidə etdikdə istər-istəməz adama elə baxırlar ki, sanki sən gərək süpürgə əlində bu zibili hələ bir yığmalısanda.

Hələ bu harasıdır. Dördüncü mərtəbədən zibil qalıqların yerə atan, artırmada, el dilində desək “balkondan” dayanıb çirkli su ilə dolu verdəni küçəyə atmaq məqamlarının şahidi olmaq böyük xöşbəxtlikdir ki, tez-tez bu mənzərənin mən şahdi oluram.

Bəli, biz beləyik. Ancaq istər-istəməz dəyişməliyik və bu cür hallara qarşı ictimai qınaq olmasınıda gündəmə gətirməliyik. Sözsüz ki, müvafiq mərkəzi icra orqanlarının dəstəyi ilə.

***

Bu günlərdə oxuduğum bir məlumatla bağlı fikirlərimi də oxucularımla bölüşmək istərdim. İlk olaraq qeyd edim Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə də məhz yuxarıda qeyd etdiyim məsələ ilə bağlı ciddi fikirlər səsləndirib. Həm də çıxışında dolayısıylə Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi layihəyə dəstək verib: “İndi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır. Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilmişdir, poliqon salınmışdır, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin iştirakı ilə bu layihə Bakı şəhərində icra edilir.”

Ölkə başçısı bununla bağlı bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin start verdiyi layihəni bir növ sürətləndirilməsini istəyib.

Qeyd edim ki, paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb. Layihənin əsas hissəsi hazırlıq və sakinlərlə maarifləndirmə işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Maarifləndirici tədbirlər, evlərə paylanan broşurlar, bloklara yapışdırılan elanlar, həyətlərdə, məhəllələrdə keçirilən görüşlər öz bəhrəsini verməkdədir. Meydançalara lazımı miqdarda konteynerlər yerləşdirilrb, həyət və məhəllələrə cavabdehlər təyin edilib, könüllülər gündəlik izahetmə işləri aparırlar. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Bizim də bu ərazilərdə apardığımız müşahidələr göstərir ki, hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır.

Məlumatda o da qeyd edilir ki, layihənin icrasının birinci həftəsinin nəticələri çox uğurludur. Kiçik, çox da vacib olmayan problemlər var, onlar qaçılmazdır. Onlar operativ şəkildə aradan qaldırılır. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Gündəlik olaraq “Təmiz şəhər” ASC-də olunur və nəqliyyatın gətirdiyi tullantıları orada da araşdırılır.

***

Bununla bağlı nəyi təklif edərdim. Sözsüz ki, bu işləri tək bir qurumun üstünə atmaq düzgün olmazdı. Bu işdə hər birimiz bacardığmız qədər öz dəstəyimizi Bakı Şəhər İcra Hakmiyyətinə verməliyik. İstər sosial medianın imkanlarından istifadə etməklə, istərsə sosial reklam çəklişlərinə diqqəti artırmaq gərəkdir. Bu işdə “Təmiz Şəhər” ASC- də maraqlı olmalı və bu layihənin icrasına maraqlı tərəf kimi çıxış etməlidir. Axı bu qurumunda bir növ pulu zibildən çıxır. Onda layihənin icrasında kənarda dayanmamalıdır.

Fikrimcə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihənin təbliğində ciddi şəkildə öz töhvəsini verməlidir. Mütəmadi olaraq bələdiyyələrlə qarşı cərimə sanksiyasını tətbiq etməzdən əvvəl məhz bu qurumun rəsmiləri ərazidə maarifləndirmə işlərinə üstünlük verməlidir.

Beləliklə, Bakı Şəhər İcra Hakimiyyətinin şəhərimizin təmziliyi uğrunda apardığı addımları dəstəkləyir, bu işdə bizdə lazımı səviyyədə dəstək verməyə hazır olduğumuzu bildiririk.

Yuxarıda söylədiyim, bəlkədə diqqəti çəkməyən məqamların aradan qaldırılması da konkert proqrama daxil edilməli, bu işdə bələdiyyələrin məhəllə komitələrinin gücündən istifadə edilməli, maarifləndirmə işində isə bütün medianın gücündən yararlanmalıyıq.

Lakin arzu edərdim ki, bütün bu işlər kompleks və sistemli şəkildə aparılmaqla, Bakının 12 rayon icra hakmiyyətləri də cəlb edilsinlər. Nəzərə alaq ki, 12 rayon icra başçısı həftədə bir dəfə sakinlərlə səyyar görüşlər təşkil edirlər və bu səyyar görüşlərdə sakinlər arasında məhz BŞİH-nin bu layihəsi də təbliğ olunmalıdır.

Düşünmək olar ki, yalnız bu halda layihənin daha böyük uğurundan danışmaq olacaq.

Vüqar Tofiqli
Gəlin Bakımızı təmiz saxlayaq
Gəlin Bakımızı təmiz saxlayaq
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU