30 iyl 09:05Sosial

Zaqatalada vəzifəli şəxsin oğlu həbs edildi

Zaqatalada vəzifəli şəxsin oğlu həbs edildiZaqatala rayonunda vəzifəli şəxsin oğlu həbs edilib.

APA-nın məlumatına görə, rayon sakini Seymur Hüseynov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə S.Hüseynova 20 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, S.Hüseynov “Azərsu” ASC-nin Zaqatala su-kanal sahəsinin rəisi Samir Hüseynovun oğludur.
XƏBƏR LENTİ
Dünən, 14:59
SORĞU