29 iyl 13:26Sosial

Nazirin əmriylə yeni təyinatlar olub

Nazirin əmriylə yeni təyinatlar olubDaxili İşlər naziri Vilayət Eyvazovun əmriylə yeni təyinatlar olub.

Bakupost.az polis polkovnik-leytenantı Vüsal Rüstəmovun Balakən Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edildiyini yazıb.

Bu təyinata qədər Binəqədi Rayon Polis idarəsində xidmət edən polis polkovnik-leytenantı Vüsal Rüstəmov polis orqanlarında peşəkar polis zabitlərindən hesab olunur.

Unikal.org isə nazirin müvafiq əmri ilə polis polkovnik-leytenantı Mirnemət Mirbabayevin Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunduğunu qeyd edib.

Qeyd edək ki, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev buna qədər Göygöl Rayon Polis Şöbəsinin rəisi olub.
loading...
XƏBƏR LENTİ
SORĞU