27 iyl 13:58Sosial

Müdafiə Nazirliyi:"Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir" + FOTO

Müdafiə Nazirliyi:"Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir" + FOTOHərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə əməliyyat qərargahı yaradılıb.
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU