24 iyl 16:03Sosial

Fuad Abbasov müraciətlə çıxış edib

Fuad Abbasov müraciətlə çıxış edibAzərbaycan və Türkiyənin maraqlarını Rusiya mediasında fəal şəkildə müdafiə edən və bu ölkədən deportasiya edilən jurnalist Fuad Abbasov müraciətlə çıxış edib.

Axar.az xəbər verir ki, Abbasov bu gün federal kanallarda Azərbaycanın maraqlarını müdafiə edəcək heç kəsin olmadığını bildirib.

“Məni uzun müddətə deportasiya ediblər. Rusiyaya yalnız 93 yaşım olanda gedə biləcəm. Mənim Rusiyadakı fəaliyyətimi davam etdirmək istəyənlər bu missiyanın əhəmiyyətini anlamalıdır. Əsas məsələ satılmamaq və öz ölkənin, təbii olaraq, həmçinin, qardaş Türkiyənin maraqlarını qorumaqdır”, - Abbasov bildirib.

Xatırladaq ki, Fuad Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib. Onun Rusiyaya girişinə 50 il müddətinə qadağa qoyulub.
XƏBƏR LENTİ
SORĞU