19 iyl 18:28Sosial

SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı

SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı
İyulun 19-da Bakı Qeyri-Hökumət Təşkilatları Resurs və Təlim Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə QHT-lər üçün “Layihələrin idarə olunması və hesabatlıq” mövzusunda təlim keçirilib. Təlimin açılış sessiyasında çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) və bu sistemə daxil olan proqramlar barədə ətraflı məlumat verib.

O qeyd edib ki, yeni elektron proqramların və xidmətlərin tətbiqi bu sahədə QHT-lərin bilik və bacarıqlarının artırılmasını zəruri edir. QHT-lərdə bu proqramlardan istifadə vərdişlərinin formalaşması üçün Şura silsilə təlimlərə başlayıb. Hazırda layihələrin həyata keçirilməsinin ən məhsuldar dövrü olduğuna görə ilk təlim də məhz e-idarəetmə (layihələrin elektron idarə edilməsi və monitorinqi) proqramından istifadəyə həsr olunu

Şura Katibliyinin məsləhətçisi Elnur Bağırlı layihələrin elektron idarə edilməsi qaydaları barədə hazırladığı materialları iştirakçılara təqdim edib. Layihə idarəetməsi mərhələli şəkildə proqramdan vizual görüntülər nümayiş etdirməklə QHT-lərə izah edilib.

Şura Katibliyinin aparıcı məsləhətçisi Amid Mirzəyev layihə büdcəsinin idarə olunması, maliyyə hesabatının hazırlanması və elektron qaydada təqdim edilməsi barədə iştirakçılara geniş məlumat verib. Təlim interaktiv qaydada keçirilərək qrup işləri, təqdimatlar və maraqlı müzakirələrlə davam edib.




loading...
XƏBƏR LENTİ
SORĞU