18 iyl 15:56Sosial

“Azəriqaz” Hacı Madərin oğlunu məhkəməyə verdi - Rəsmi

“Azəriqaz” Hacı Madərin oğlunu məhkəməyə verdi - Rəsmi“Azəriqaz” İstehsalat Birliyi qazdan qanunsuz istifadəyə görə deputat Madər Musayevin oğlu Famil Musayevə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq “Azəriqaz”dan bildirilib.

“Azəriqaz” İstehsalat Birliyi Musayev Famin Madər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qazdan qanunsuz istifadəyə görə 10 min manat borcun cavabdehdən tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Hakim Səbinə Nuriyeva prosesi 23.07.2019-cu il saat 12:00-a təyin edib”, - qurumdan bildirilib.

Qeyd edək ki, “Qaynarinfo” saytı “Azəriqaz” İstehsalat Birliyinin deputat Madər Musayevin oğlu Famil Musayevi qaz oğurladığı üçün məhkəməyə verməsi barədə məlumat yaymışdı
loading...
XƏBƏR LENTİ
SORĞU