02 iyl 15:13Sosial

YAP Pirallahı rayon təşkilatının Gənclər birliyi orduya dəstək aksiyasına qoşuldu

YAP Pirallahı rayon təşkilatının Gənclər birliyi orduya dəstək aksiyasına qoşulduYeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının Gənclər birliyinin fəalları partiyanın sədr müavini-icra katibi Əli Əhmədovun çağırışına qoşuldular. Rayon təşkilatının fəal partiya üzvləri orduya dəstək göstərdilər.
YAP Pirallahı rayon təşkilatının Gənclər birliyi orduya dəstək aksiyasına qoşuldu
Qeyd edək ki, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov sosial şəbəkə vasitəsilə işlədiyi qurumun mühasibatına özünün aylıq əmək haqqımın 50 faizinin Silahlı Qüvvələr Yardım Fonduna köçürülməsi barədə müraciət edib. O, bu addımı ilə müharibə vəziyyətində, 1 milyon məcburi köçkünü olan Azərbaycanda xeyriyyə aksiyası keçirmək nümunəsi göstərdiyini bildirib. Həmçinin bildirilib ki, Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı qüvvələrə yardım fondu vardır. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı qüvvələrə yardım fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin.
YAP Pirallahı rayon təşkilatının Gənclər birliyi orduya dəstək aksiyasına qoşuldu
XƏBƏR LENTİ
SORĞU