27 iyn 12:10Sosial

Fuad Abbasovun evini əlindən aldılar

Fuad Abbasovun evini əlindən aldılarRusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasovun səhhəti yaxşı deyil.

Bu haqda Modern.az-a F. Abbasovun atası Malik Abbasov bildirib.

O bildirib ki, Fuad Abbasovun indi həyəcanlı vaxtıdır.

“Səhhəti hələ o qədər də yaxşı deyil. Hazırda özünü pis hiss edir. Bakıya məcbur göndərdilər Fuadı. Əgər Bakıda iş verilsə, Fuad burda yaşayacaq.

Orada evini də əlindən aldılar. Fuad 3-4 gün ərzində mətbuata geniş məlumat verəcək”.

Qeyd edək ki, jurnalist F. Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb.

Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb.

Abbasov Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılırdı.

O, mayın 25-də axşam saatlarında jurnalist Rusiyadan Azərbaycana deportasiya edilib.
XƏBƏR LENTİ
SORĞU