25 iyn 18:51Sosial

Ufuk Aydın: “Azərbaycan ordusu qısa zaman ərzində Qarabağı azad etmək gücünə malikdir”

Ufuk Aydın: “Azərbaycan ordusu qısa zaman ərzində Qarabağı azad etmək gücünə malikdir”Azərbaycan regionda güclü orduya malikdir.

Bu sözləri “SinerjiPro”rəhbəri,tanınmış ictimai fəal Ufuk Aydın bildirib.

“101 il öncə yaradılan ordunun yerində bu gün müasir,güclü və yüksək silahlarla təmin olunmuş Azərbaycan ordusu var. Azərbaycan ordusunun keçirtdiyi təlimləri mətbuatda izləyirik. Reallıq odur ki, Azərbaycan ordusu bölgənin ən güclü və yüksək döyüş qabiliyyətinə malik ordusudur. Azərbaycan ordusunun güclənməsi Türkiyənin diqqət mərkəzindədir. Azərbaycanlı zabitlərin Türkiyədə təhsil alması onların hərbi biliklərini daha da artır. Bu isə dünya hərbi sahəsində baş verən yenilikləri mənimsəmələrinə dəstək olur.

Bu yaxınlarda Naxçıvanda "Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərinin keçirilməsi iki qardaş ölkənin birliyini, həmrəylini təcəssüm etdirdi. Azərbaycan ordusu qısa zaman ərzində Qarabağı azad etmək gücünə malikdir. Biz bunun aprel hadisələrində və Günnüt əməliyyatından da şahidi olduq”.

Elnur Eltürk
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU