25 iyn 07:37Sosial

Ağdama qayıdanda bəs siz harada olacaqsınız?

Ağdama qayıdanda bəs siz harada olacaqsınız?O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı olaraq çox sarsıldım. Niyə iyirmi altı ildir o yerlərə gedə bilmirəm, deyə özümə sual verdim. Açığı çox çətinliklə özümü ələ ala bildim. Düşmən tərəfi indiki halda bu saralmış şəkilləri yaymaqla nəyi demək istəyir? Bəlkə bizi bu şəkillərlə qıcıqlandırmaq istəyindədir?

Ölkəmizdə müəyyən mənada yüksək ruh yüksəkliyinin olması, ola bilsin erməni tərəfinə sərf etmir, bəlkədə elə ona görə bu addımı atır. Demək çətindir. Amma günahı kimdə axtarırıqsa axtaraq, onun bir tərəfi də özümüzdə olduğunu bilməliyik...

Ağdam torpağı özünü qorumaq üçün altı min şəhid verib. Bu gün rayonda yaşayan 170 minlik əhalinin, deyərdim hamısı vətənini Ağdamını, Qarabağını qorumağa hazırdır. Heç kəs, yaşından asılı olmayaraq, içi mənim 87 yaşlı atam belə bu məsuliyyətdən qaçmr. Bu gün onu yaşadan da məhz Ağdam eşqidir. Onun istəyi oxuduğu Müəllimlər institutunun binasını görmək, ötən sərin 50-ci illərinə qayıtmaq, Qara bəy Qarabəyov mülklərini görmək, Qobunu görmək, Kötəli görmək, Abidənin yanından Qaqarın bulağına getməkdir. Hələ mən Lenin bağının yanındakı Ağdam maarifinin formalaşmasında xüsusi xidmətləri olan Ələkbərovun müdir olduğu vaxtlarda maarif şöbəsinin binasını demirəm. O bina ilə bağlı nə qədər xatirələri var. Sözsüz ki, o yerləri məndə qarşı-qarış gəzmişəm, hər gün qarşıma çıxan həmyerlilərimi görəndə hər dəfə o yerləri gəzirəm.

Amma saralmış şəkillərə baxanda qanım bir daha qaynadı. Sözsüz ki, qanı qarışıq insanlarda bu hiss yoxdur. Ancaq inanıram ki, Ağdamı və eləcədə bütün Qarabağı düşmən tapdağından yalnız Ali Baş Komandanın əmriylə təmiz qanlı, vicdanlı və vətənpərvər insanlar azad edəcəklər.

Hər birimiz o əmri səbrsizliklə gözləyirik.

O şəkli yayanlara isə demək istərdim ki, ay... və şərəfsizlər, bu şəkilləri yaymaqla özünüzə qarşı nifrət hissini daha da artırırsınız. Biz o torpaqlara, sözsüz ki, qayıdacağıq, əvvəlkindən gözəl şəhər salacağıq, daha yaxşı yaşayacağıq, amma siz əvvəlki tək yaşaya biləcəksinizmi?

Bu sualın cavabını isə zaman verəcək.

Vüqar Tofiqli
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU