24 iyn 18:24Sosial

Şər-böhtanla bizdən layihə almaq istəyirlər – Şura sədri

Şər-böhtanla bizdən layihə almaq istəyirlər – Şura sədriBəzi qeyri-hökumət təşkilatları şər, böhtan, hədə-qorxu yolu ilə bizdən layihə almağa çalışır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib. O bildirib ki, həmin şəxslər şər-böhtan atmaq əvəzinə layihə yazmağı öyrənməlidirlər:

“Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz. Bizi şantaj etmək, haqqımızda yalan, böhtan xarakterli yazılar yazdırmaq əvəzinə, layihə yazmağı öyrənsinlər. Bunun üçün layihə yazmaq lazımdır, şantaj etmək yox. Layihə yaza bilmirlərsə, gəlsinlər, onlara layihənin necə hazırlanması ilə bağlı təlimlər keçək”.

A.Quliyev qeyd edib ki, şura ölkədə aparılan şəffaflığa, elektron hökumət quruculuğuna öz töhfəsini verməyə borcludur və bu istiqamətdə iş aparır.
loading...
XƏBƏR LENTİ
SORĞU