19 iyn 14:26Sosial

Can verən Pəri, son ümid, "darıxma səni xilas edəcəm" - Səbuhi Məmmədli yazır - FOTOLAR

Can verən Pəri, son ümid, "darıxma səni xilas edəcəm" - Səbuhi Məmmədli yazır - FOTOLARNeçə vaxt idi ki, bu prosesi izləyirdim. Əslində, 35 yaşlı Pərvanə xərçənglə, çoxdan mübarizə aparırdı. Düzü, xəstəlik o qədər üzmüşdü ki, ona yardım etmək istəyənlərə belə sağ ol deyib inamsızlığnı büruzə verirdi.

Hə, Pərvanə qan xərçənginə tutulmuşdu, Dünya Azərbaycanlıları Mədəniyyət Fondu dərhal onun harayına çatmış, müalicə xərclərini üzərinə götürmüşdü.

***

Fondun prezidenti, dəyərli iş adamı Füzuli Məmmədov dərhal Pərvanəni axtarmışdı:

“Pəri xanım, sənin tam sağalmağın üçün nə gərəkirsə, bütün var gücümlə dəstək olacam...”

Pəvanə cavabını vermişdi:

“Fizuli müəllim, mənim sağalmağım mümkün deyil, ömrümə az qalıb... xahiş edirəm, mənim üçün bu qədər əziyyət çəkməyin...”.

Amma Fizuli Məmmədov sonacan getmişdi. Əlindən gələni etmişdi. Bu qız üçün az qala bütün Türkiyənin ən məşhur klinikalarına baş vurmuşdu. Nələrə əl atmışdı. Amma Pərinin xilası mümkün deyildi. İş adamı isə bütün varlığıyla çabalayırdı, təki onu xilas etsin:

“Pəri xanım sənin tam sağalmağın üçün nə gərəkirsə, bütün var gücümlə dəstək olacam...”.

Deyəsən, artıq mümkün deyildi. Amma insanlıq naminə Fizuli Məmmədov yenə də xilas yolu axtarırdı.

Pəri yenə deyirdi: “Fizuli müəllim, başa düşün az qalıb, əziyyət çəkməyin.”...

Və o vaxt bitdi...

Füzuli Məmmədov: “Çox acı bir xəbər aldım. Qan xəstəliyindən əziyyət çəkən Pəri xanım bir neçə dəqiqə bundan öncə ATU terapevtik klinikasının Onkaloji bölümündə dünyasını dəyişib”....
Can verən Pəri, son ümid, "darıxma səni xilas edəcəm" - Səbuhi Məmmədli yazır - FOTOLAR
Füzuli bəyin neüs24-ə dediklərindən:

- Aylar öncə xəstəxanada Pərvanə Hüseynova ilə tanış olanda ağlıma da gəlmzədi ki, qısa zaman sonra bu gənc xanımın vəfatı ilə bağlı ailəsinə başsağlığı veməli olacağam... Bu sözləri yazmaq çox kədərli, çox ağır olsa da, reallığı dəyişmək mümkün deyil – heç 35 yaşı tamam olmayan gənc bir insan ağır xəstəlik səbəbindən bu dünya ilə vidalaşıb...

Pərvanə xanım qan xərçənginə tutulmuşdu, uzun, ağır müalicə almalı idi. Özü sağalacağına inanmırdı... Ancaq mən ona yaşaması üçün əlimdən gələni edəcəyimə söz vemişdim. Rəhbərlik etdiyim Dünya Azərbaycanlıları Mədəniyyət Fondu Pərvanə xanımın müalicə xərclərinü üzərinə götürmüşdü və biz inanırdıq ki, müasir tibb onu xəstəliyin cəngindən xilas edə biləcək.

Son ana qədər onun yaşaması üçün mübarizə apardıq. Ancaq gücümüz onun ömrünü bir neçə ay uzatmağa yetdi və Pərvanə xanım gözlərini bu dünyaya əbədi olaraq yumdu.

Pərvanə xanımın acı həyat hekayəsi bizim diqqətimizi bir daha Azərbaycanda tibbi sığorta məsələsinə yönəldib. Onkoloji xəstəliklərlə mübarizəyə hər il milyardlarla dollar vəsait ayrılsa da, hələlik tibb onun çarəsini tapmayıb. Bu səbəbdən hər il dünyada bu xəstəlik üzündən yüz minlərlə insan vəfat edir. Keçmiş Sovetlər Birliyi ölkələrinin statistikası da qorxuncdur. Rəsmi statislika təkcə Rusiyada onkoloji xəstələrin sayının son 10 ildə 40 faiz artdığını göstərir.

Azərbaycanda da bu xəstəlik az qala epidemiya halına gəlməkdədir. Həkimlərin fikrincə, onkoloji xəstəliklərin çoxlmasına ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi, sosial problemlər kimi bir çox faktorlarlar təsir edir ki, onların aradan qaldırılması dövlətin üzərinə düşən vəzifələrdir. Azərbaycanda onkoloji xəstələrə dövlətə qayğısı var, ancaq bu yetərli səviyyədə deyil. Düşünürəm ki, dövlət öz vətəndaşlarını bu ağır xəstəliklə baş-başa qoymamalı, təcili olaraq uzun illərdir müzakirəsi aparılan tibbi sığorta məsələsini həll etməlidir. Əgər biz öz vətəndaşlarımızın sağlamlığının keşiyində dayanmasaq Pərvanə Hüseynova kimi itkilərimizin sayı durmadan artacaq.

Pərvanə xanımın ailəsinə, bütün əzizlərinə dərin kədərlə başsağlığı verirəm, onlara uca Allahdan səbr diləyirəm. Bəlkə də zamanında müdaxilə olsaydı, biz, onun ömrünü daha bir neçə il uzada bilərdik...

***

Pəri:

- Füzuli müəllim mənim sağalmağım mümkün deyil, ömrümə az qalıb.. .xahiş edirəm mənim üçün bu qədər əziyyət çəkməyin...”

Füzuli Məmmədov:

- Pəri xanım, sənin tam sağalmağın üçün nə gərəkirsə bütün var gücümlə dəstək olacam...

... Görünür Allahın iradəsindən kənar bu fövqəl dünyada heç nə baş vermir.

Amma bu iradədən kənar bir insanlıq nümunəsi də var. Əlvida, Pəri. Cənnətdə görüşənədək!
Can verən Pəri, son ümid, "darıxma səni xilas edəcəm" - Səbuhi Məmmədli yazır - FOTOLAR
loading...
XƏBƏR LENTİ
SORĞU