17 iyn 11:14Sosial

Kommunistlərin rəhbəri səfirlə görüşdü - FOTO

Kommunistlərin rəhbəri səfirlə görüşdü - FOTO16 iyun 2019-cu il tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martines Berroteronla və Venesuela KP MK-nın üzvü, Venesuela KP Beynəlxalq əlaqələr komitəsinin katibi Ramon Pomblasla görüşmüşdür. Görüşdə Azərbaycan - Venesuela dövlətlərarası iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi məsələləri ətraflı müzakirə olunmuşdur.

Kristofer Alberto Martines Berroteron görüşdən böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, belə görüşlərin vaxtaşırı və mütəmadi keçirilməsinin hər iki dövlətin mənafelərinə xidmət etdiyini vurğulamışdır.

Səfir beynəlxalq imperializmin təsiri ilə ölkəsinin qarşılaşdığı ağır iqtisadi və siyasi durum barədə AKP MK sədrinə ətraflı məlumat vermiş,

ABŞ-ın Venesuelanın daxili işlərinə qarşımasını kəsin pisləmişdir.

Öz növbəsində Azərbaycan kommunistlərinin lideri Rauf Qurbanov da Respublikamızda aparılan islahatlar barədə səfiri məlumatlandırmışdır.

Daha sonra Alberto Martines Azərbaycan və Venesuela xalqlarının qonaqpərvərlik, istiqanlılıq və insanlar arasında səmimi münasibətlər kimi bir sıra oxşar cəhətlərin olmasını xüsusi qeyd edərək, Bakıda özünü doğmaları arasındakı kimi hiss etdiyini də diqqətə çatdırmışdır.

Azərbaycan KP MK sədri Rauf Qurbanov səfirə rəsmi dəvətinə və səmimi münasibətinə görə öz dərin təşəkkürünü bildirmiş, Azərbaycan kommunistlərinin salamını Venesuela xalqına və Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro Morosa çatdırmağı xahiş etmişdir. İki saatdan artıq davam edən görüş dostluq və mehribançılıq şəraitində başa çatmışdır. Görüşdə AKP MK sədrinin müavini, ASZİ MİK-nın sədri Aydın Şiriyev və Azərbaycan LKGİ MK-nın birinci katibi Orxan Muxtarov da iştirak etmişlər.
loading...
XƏBƏR LENTİ
SORĞU