16 iyn 20:42Sosial

Füzuli Məmmədov Elçibəyin xanımının vəfatı ilə bağlı başsağlığı verib

Füzuli Məmmədov Elçibəyin xanımının vəfatı ilə bağlı başsağlığı veribAzərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ömür-gün yoldaşı Həlimə xanımın vəfatı bizi dərindən kədərləndirib. Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparanların könlündə taxt quran, hər birinin sevgisini, sayğısını qazanan Həlimə Əliyevanın İstanbul şəhərində qəfil vəfatı Azərbaycan tarixində xüsusi yeri olan bu ailəyə dəyər verənlərin hamısı üçün çox üzücüdür.

O, birinci xanım olarkən siyasət səhnəsində görünməsə də hər kəs prezident Elçibəyin arxasında sağlam bir ailə, həyat yoldaşının mübarizəsinə müqəddəs bir yol kimi baxan yüksək mənəviyyatlı xanım olduğunu bilirdi. Bu gün Həlimə xanımın vəfat xəbəri ilə bağlı bütün türk dünyasından Azərbaycana, ailəsinə başsağlığı göndərilir. Biz də Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu olaraq Həlimə xanımın vəfatı ilə bağlı ailəsinə, sevənlərinə, xüsusən övladları Çilənay xanıma, Ərturqut bəyə başsağlığı veririk. Məzarı nurla dolsun.

Allah rəhmət eləsin!

Fizuli Məmmədov

Rusiya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti
loading...
XƏBƏR LENTİ
SORĞU